Bank Of Baku

Bakıda insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkarlanıb

Bakıda insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkarlanıb
# 24 dekabr 2010 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, ev 54 ünvanında yerləşən «M&P» firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub.

Eyni zamanda etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu müəyyənləşdirilib.

Aşkar edilmiş pozuntularla əlaqədar insan orqanizmi üçün təhlükəli olan 273 kq süd məhsullarının məhv edilməsi barədə «M&P» firmasına Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanuna müvafiq qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR