Bank Of Baku

Maykl Ceksonun vəfat etdiyi evin dəyəri 5,5 mln. dollar ucuzlaşıb

Maykl Ceksonun vəfat etdiyi evin dəyəri 5,5 mln. dollar ucuzlaşıb
# 24 dekabr 2010 12:26 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya şöhrətli amerikalı müğənni Maykl Ceksonun 2009-cu ilin iyununda vəfat etdiyi evin dəyəri 5,5 mln. dollar ucuzlaşıb.

APA-Economics”in “Luxist” portalına istinadən xəbərinə görə, hazırda mülkün qiyməti 23,5 mln. dollar təşkil edir.

Los-Ancelesin elit Holmbi-Hillz rayonunda üçmərtəbəli ev 2002-ci ildə fransız qəsri üslubunda tikilib. Ümumi sahəsi 1595 kv. m olan mülkdə 7 yataq otağı, 13 hamam, 2 qonaq otağı, 2 yemək otağı, mətbəx, kitabxana, bir neçə kabinet və studiya, eləcə də çaxır anbarı, 12 kamin və 7 maşınlıq qaraj var.

Bu mülk ilk dəfə 2010-cu ilin avqustunda satışa çıxarılıb. Evin sahibi “Ed Hardy” geyimlərinin istehsalı üzrə brendin icraçı direktoru Hyubert Quesdir. O, 2004-cü ildə 18,5 mln. dollara aldığı evi Maykl Ceksona aylıq 100 min dollara kirayə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR