Bank Of Baku

Bakıda mənşəyi bəlli olmayan “bildirçin yumurtaları”nın satışı qadağan edilib

Bakıda mənşəyi bəlli olmayan “bildirçin yumurtaları”nın satışı qadağan edilib
# 27 dekabr 2010 10:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakının ticarət məntəqələrində «bildirçin yumurtası»nın satışı ilə bağlı monitorinqlərə başlayıb.

SMPDK-dan “APA-Economics”ə verilən məlumata görə, buna səbəb ticarət şəbəkələrində keyfiyyətsiz “bildirçin yumurtası”nın satılması ilə bağlı Komitəyə şikayət məktubunun daxil olması olub.

1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində məlum olub ki, paytaxtın əksər ticarət şəbəkələrində mənşəyi bilinməyən, normativ sənədi mövcud olmayan, heç bir əsas olmadan qablaşdırma məhsulunun üzərində saxlanma müddəti 45 gün göstərilən “bildirçin yumurtası” satılmaqdadır. İdarə əməkdaşları tərəfindən bu məhsullar satışdan çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olmadan bildirçin yumurtasını qablaşdıran müəssisənin Bakının Mehdiabad qəsəbəsində yerləşdiyi aşkar edilib. Hazırda müəssisədə yoxlamalar davam etdirilir.

Komitə bildirir ki, hazırda «bildirçin yumurtası» üçün mövcud sənəd yalnız İsmayıllı rayonunun Gülyan kəndində fəaliyyət göstərən fiziki şəxs İlqar Həsənəlizadəyə məxsusdur. Adıçəkilən müəssisəyə məxsus “Ərzaq üçün bildirçin yumurtası” Texniki şərti 11.01.2010-cu il tarixində dövlət qeydiyyatına alınıb və müəssisə uyğunluq sertifikatı ilə təmin edilib. Texniki şərtə əsasən bildirçin yumurtasının saxlanma müddəti 0-8 dərəcə temperaturda 25 gün, 8-15 dərəcə temperaturda 10 gün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR