Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası İdarə Heyətinin toplantısı yanvarda keçiriləcək - FOTO

Azərbaycan Sahibkarlar Konfederasiyası İdarə Heyətinin toplantısı yanvarda keçiriləcək - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 11:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASk) Rəyasət Heyətinin iclası keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirin açılış mərasimində çıxış edən Konfederasiyanın prezidenti Məmməd Musayev 2010-cu ilin ikinci yarısında ASK-nın fəaliyyəti və sahibkarlığın inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Eyni zamanda M.Musayev ASK-da Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi, səfir Xəlil Akıncı və «Azərbaycan Respublikasının Milli Məclisinə dəstək» adlı «Twining» layihəsinin ekspertləri ilə görüş və Latviya İşəgötürənlər Konfederasiyasının ASK-a göndərdiyi təkliflər barədə geniş məlumat verib.

İclasda ASK-nın baş katibi və müvafiq şöbə müdirləri çıxış edərək hesabat dövrü ərzində qurumun beynəlxalq əlaqələrin yaxşılaşdırılması sahəsində gördüyü işlər, Almaniyanın «Bildungswerk Der Wirtshaft Meklenburq-Vorpommern e.V» təşkilatı ilə «Sosial Dialoq Sahəsində Əməkdaşlıq» müqaviləsinin yerinə yetirilməsi vəziyyəti, üzvlük haqlarının yığılması, üzvlüyə yeni qəbul haqqında ətraflı məlumat veriblər.

Bundan başqa, Konfederasiyanın Rəyasət Heyəti Azərbaycan sahibkarlarının məcburi əmək və insan alverinin qarşısının alınmasına dair Nümunəvi Davranış Qaydalarını və ASK yanında iki komissiyanın sədrini təsdiq edib.

İclasda həmçinin ASK-nın İdarə Heyəti iclasının 2011-ci ilin yanvar ayının sonunda çağırılması qərara alınıb.

Rəyasət Heyətinin iclasında bununla yanaşı digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR