Bank Of Baku

Çinin əmlak bazarında əcnəbilərə qarşı tələblər sərtləşdirilir

Çinin əmlak bazarında əcnəbilərə qarşı tələblər sərtləşdirilir
# 27 dekabr 2010 12:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Çin daşınmaz əmlak bazarında spekulyasiyaların qarşısını almaq və böhrana yol verməmək üçün daşınmaz əmlak bazarına xarici investisiyaların dövlət tənzimlənməsini sərtləşdirir.

APA-Economics”in məlumatına görə, hökumətin qərarına əsasən, xarici kapitallı developer şirkətlərinə əmlakın alqı-satqısı yolu ilə pul qazanmaq qadağan ediləcək.

Bundan başqa, Çinin Kommersiya Nazirliyi xarici investisiya şirkətləri üzərində nəzarəti artırmağı və onların ölkənin daşınmaz əmlak bazarına girişini məhdudlaşdırmağı təklif edir.

Xatırladaq ki, 2010-cu ilin ilk 11 ayında Çinin daşınmaz əmlak bazarına yatırılan xarici investisiyalar 48% artıb. Həm də bunun nəticəsidir ki, ötən müddət ərzində ölkədə əmlak 7,7% bahalaşıb. Təklif olunan tədbirlər isə bu bahalaşmanın qarşısını almaq üçün nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR