Bank Of Baku

Saxlama müddəti ötmüş 180 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 180 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 27 dekabr 2010 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda N.Nərimanov meydanı, ev 113 ünvanında yerləşən «Home market»də, H.Zərdabi prospekti, ev 73 ünvanında yerləşən «Qələbə market»də, Ə.Hüseynzadə küçəsi, ev 64 ünvanındakı «Star market»də, H.Məcidov küçəsi, ev 14 ünvanında Natiqə Ağacanovaya məxsus mağazada, Yeni Yasamal 2, Kənar dairəvi küçəsi, 11 ünvanında yerləşən «Sizin market»də, Nizami rayonunda C.Naxçıvanski küçəsi, Bazar ərazisində Kərim Cəfərova məxsus mağazada, R.Rüstəmov küçəsi, ev 27 ünvanında yerləşən «Ayna market»də, Q.Qarayev prospekti, ev 76C ünvanındakı «Evru market»də, K.Balakişiyev küçəsində «Min bir nemət market»də və Gültəkin Əliyevaya məxsus mağazada, 4 saylı bazarın şərq hissəsindəki «Sizin market»də və Eldar Həşimova məxsus mağazada, ümumi çəkisi 180 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, un məmulatları, yağlar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR