Bank Of Baku

Bakıda insan orqanizmi üçün təhlükəli olan 201 kq süd məhsulları satışdan yığışdırılıb

Bakıda insan orqanizmi üçün təhlükəli olan 201 kq süd məhsulları satışdan yığışdırılıb
# 27 dekabr 2010 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında insan orqanizmi üçün təhlükəli olan süd məhsulları aşkarlanıb.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 8 ünvanında Gülbala Qasımzadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 20% olan xamanın, yağlılığı 9% olan yarımyağlı kəsmiyin və pəhriz kəsmiyinin üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, süd məhsullarının qablaşdırılmasında istifadə olunan bükmə materiallarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 201,5 kq süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) aşkar edilib.

Eyni zamanda pəhriz kəsmiyinin tərkibində yağın olması (pəhriz kəsmiyinin tərkibində yağ olmamalıdır), yağlılığı 9% olan yarımyağlı kəsmiyin yağlılığının normadan çox, yağlılığı 20% olan xamanın yağlılığının isə normadan az olduğu müəyyən olunub.

Aşkar edilmiş pozuntularla əlaqədar süd məhsullarının satışının təxirə salınmadan dayandırılması və insan orqanizmi üçün təhlükəli olan 201,5 kq süd məhsullarının məhv edilməsi barədə Gülbala Qasımzadəyə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib və həmin mallar qanuna müvafiq qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR