Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Sumqayıtda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Sumqayıtda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb
# 28 dekabr 2010 08:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sumqayıt şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Sumqayıt şəhəri üzrə sahibkarlıq subyektlərindən müasir tələblərə cavab verən yüngül sənaye sahələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, müasir tələblərə cavab verən çörək istehsalı müəssisələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, istixana (istixana şəraitində faraş tərəvəz istehsalı) və broyler (ətlik istiqamətli quşçuluq) təsərrüfatlarının yaradılmas istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər. Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR