Bank Of Baku

Meksikanın Cənubi Amerikaya investisiyalarının həcmi 42 mlrd. dolları keçib

Meksikanın Cənubi Amerikaya investisiyalarının həcmi 42 mlrd. dolları keçib
# 28 dekabr 2010 09:11 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ildə Meksika şirkətlərinin Cənubi Amerika ölkələrinin iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 42,2 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu, ötən ilki müvafiq göstəricidən 6 mlrd. dollar çoxdur.

Meksika Ticarət-Sənaye Palatasından bildirilib ki, Meksika investisiyalarının həcminə görə birinci yerdə Braziliya gəlir - 21 mlrd. dollar. Bu, ötən ilki göstəricidən 21% çoxdur. Braziliya bazarında liderlik meksikalı maqnat Karlos Slimin “Grupo Carso” telekommunikasiya şirkətinə ABŞ şirkətinin Meksikadakı filialı olan “Coca-Cola Femsa”ya məxsusdur.

Cənubi Amerikada fəallıq nümayiş etdirən digər Meksika şirkətləri “Cementos Mexicanos” (Cemex) sement şirkəti, “Grupo Mexico” dağ-mədən şirkəti, “ICA”, “Protexa” və “Tribasa” tikinti şirkətləridir.

Meksika Ticarət-Sənaye Palatasında hesab edirlər ki, Meksika biznesinin Cənubi Amerikaya yönəlməsinin əsas səbəbi dil və mədəniyyət yaxınlığı, həmçinin meksikalıların işgüzar mənfəətcilliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR