Bank Of Baku

Azərbaycan fərdi sahibkarların vergi qeydiyyatının elektron formada aparılmasına başlayır

Azərbaycan fərdi sahibkarların vergi qeydiyyatının elektron formada aparılmasına başlayır
# 28 dekabr 2010 10:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlarda Azərbaycanda fərdi sahibkarların vergi ödəyicisi kimi qeydiyyatının elektron formada aparılmasına başlanacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev məlumat verib.

Onun sözlərinə görə, artıq fiziki şəxslərin elektron qeydiyyatı üçün müvafiq sistem yaradılıb: “Sistem hazırda test rejimində yoxlanılır və yaxın vaxtlarda sahibkarlar bu sistem vasitəsilə qeydiyyatdan keçəcəklər”.

V.Şıxəliyev qeyd edib ki, paralel olaraq Vergilər Nazirliyi 2011-ci il ərzində kommersiya hüquqi şəxslərin də qeydiyyatının elektron formada keçirilməsi üçün hazırlıqlar aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR