Bank Of Baku

Xırdalanda keyfiyyətsiz duzun istehsalı və satışının qarşısı alınıb

Xırdalanda keyfiyyətsiz duzun istehsalı və satışının qarşısı alınıb
# 28 dekabr 2010 14:31 (UTC +04:00)
Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Xırdalan şəhəri, Mirqasımov küçəsi, Dalan 2/7 ünvanında Aydın Quliyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yodlaşdırılmış əla növ xörək duzunun uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulun etiketində yodun miqdarının normativ sənədlərlə müəyyən edilmiş həddən fərqli göstərildiyi, habelə mənşəyi bəlli olmayan duzdan xammal kimi istifadə olunduğu müəyyən olunub.

Bundan başqa, yoxlama zamanı müəssisədə yodlaşdırılmış əla növ xörək duzunun qablaşdırılmasında istifadə olunan üzərində duzun tərkibindəki yodun miqdarının normativ sənədlərlə müəyyən edilmiş həddən fərqli göstərildiyi 500 ədəd kağız paket aşkar edilərək Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar duz istehsalı və satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, habelə uyğunluq sertifikatı olmadan və mənşəyi məlum olmayan xammaldan istifadə edilməklə istehsal olunmuş 11 ton duzun satışının, mənşəyi məlum olmayan 2 ton duzun isə xammal kimi istifadəsinin qadağan edilməsi barədə sahibkar Aydın Quliyevə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR