Bank Of Baku

Lənkəranda ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib - FOTO

Lənkəranda ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib - <font color=red>FOTO</font>
# 29 dekabr 2010 12:02 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ərzaq və kənd təsərrüfatı məhsullarının ənənəvi satış-yarmarkası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, şəhərin dəmiryol vağzalı ərazisindəki meydanda təşkil olunan yarmarkada ümumilikdə 30 şirkətin 200 tondan çox müxtəlif adda kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb.

Səhər saat 9.00 radələrindən minlərlə rayon sakini yarmarkadan bayram bazarlığı edib. Satışa çıxarılan məhsulların bazar qiymətindən 20-30 faiz aşağı qiymətə satılması alıcıları razı salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR