Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Abşeron sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 30 dekabr 2010 09:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Abşeron rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Abşeron rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv zeytunçuluq və müasir istixana (istixana şəraitində faraş tərəvəz istehsalı) təsərrüfatlarının inkişafı, müasir tələblərə cavab verən quşçuluq təsərrüfatlarının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması və quşçuluq təsərrüfatlarının bazasında dərin emal sahələrinin (o cümlədən tullantılardan yem və bioqaz alınması) yaradılması və özəl aqroservis müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR