Bank Of Baku

Bakıda 30 kq-dan artıq mənşəyi bəlli olmayan Yeni il hədiyyələri aşkarlanıb

Bakıda 30 kq-dan artıq mənşəyi bəlli olmayan Yeni il hədiyyələri aşkarlanıb
# 30 dekabr 2010 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai rayonunda Gəncə prospekti, 2942-ci məhəllədə yerləşən “Everest market”də, M.Hadi küçəsi, 41 ünvanındakı «Hermes market»də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Gənclik küçəsi ilə D.Bünyadzadə küçəsinin kəsişməsində yerləşən «Halal market»də, B.S.Zeynallı küçəsi, ev 25B ünvanındakı «Sizin market»də, ümumi çəkisi 30 kiloqramdan artıq olan 54 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR