Bank Of Baku

Saxlama müddəti ötmüş 190 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 190 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 30 dekabr 2010 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Suraxanı rayonunda Qara-Çuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 111 ünvanında yerləşən «Real market»də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Ş.Kamilov küçəsi, ev 1 ünvanında yerləşən «Bərəkət market»də, M.Əmirov küçəsi, ev 36C ünvanındaVəli İsmayılova məxsus mağazada, O.Əfəndiyev küçəsi, ev 1 ünvanındakı «İ & S market»də, Xətai rayonunda X.Məmmədov və İ.Zülfüqarov küçələrinin kəsişməsində yerləşən «24 saat market»də, Zığ şosesində yerləşən «MM market»də və Emil Mancanova məxsus mağazada, Cavanşir küçəsi, 36 ünvanında yerləşən «Bizim market»də, Babək prospekti, 90 ünvanındakı «Valmart market»də, Binəqədi rayonunda Binəqədi qəsəbəsi, 2-ci mədən ünvanında Abbas Abbasova məxsus mağazada, H.Babaşov küçəsi, ev 9, mənzil 8 ünvanında Baxış Tağıyevə məxsus mağazada, Səbail rayonunda Nizami küçəsi, ev 92 ünvanında yerləşən «Planet market»də, Nəsimi rayonunda Nizami küçəsi, ev 121, mənzil 33 ünvanında Mehman Nəcəfova məxsus mağazada, Nərimanov rayonunda Azadlıq prospekti, ev 151a ünvanında yerləşən «Cavidan market»də, Abşeron rayonunda Mehdiabad qəsəbəsində İman Əzizova məxsus mağazada, Bərdə rayonunda Nizami küçəsində Sahib Paşayevə məxsus mağazada, Mingəçevir şəhərində Ş.İ.Xətai küçəsi, 9 ünvanında yerləşən «Sahibkar» mağazasında, ümumi çəkisi 190 kq yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, un məmulatları, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR