Bank Of Baku

Bu il Azərbaycanda 5 yeni beynəlxalq sərgi keçiriləcək

Bu il Azərbaycanda 5 yeni beynəlxalq sərgi keçiriləcək
# 11 yanvar 2011 10:15 (UTC +04:00)
«Iteca Caspian» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu layihələrdən 5-i yenidir və şirkət tərəfindən ölkə ərazisində ilk dəfə keçiriləcək. Bütün sərgilər Bakı Sərgi Mərkəzində (Baku Expo Center) keçiriləcək.

Yeni sərgilər sırasında Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk Sərgisi («Plastex Caspian»), Xəzər Beynəlxalq «Fastfood» Sahəsi üçün Avadanlıq, Qablaşdırma, Məhsul və İçkilər Sərgisi («IFFF Caspian»), Xəzər Beynəlxalq Energetika və Alternativ Erenji Sərgisi («Caspian Power»), Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi («Road & Traffic») və Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimatı və Geyimi Sərgisi var.

Ümumiyyətlə, sərgi mövsümünə VII Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi («AutoScow») start verəcək ki, tədbir martın 16-19-da təşkil olunacaq.

Daha sonra, aprelin 28-30-da Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITT»), mayın 10-12-də Ətraf Mühitin Mühafizəsi Sərgi və Konfransı («CTE»), mayın 25-27-də paralel olaraq «WorldFood Azerbaijan», «Plastex Caspian», «HOREX» və «IFFF Caspian» sərgiləri keçiriləcək.

İyunun 7-10-da «Caspian Oil & Gas» Sərgi-Konfransı keçiriləcək. Bu tədbir çərçivəsində ilk dəfə olaraq «Caspian Power» layihəsi təşkil olunacaq.

Sərgi mövsümünün ilk yarısını iyunun 16-18-də keçiriləcək «TransCaspian» sərgisi və yeni «Road & Traffic» layihəsi başa vuracaq.

Sərgi mövsümünün ikinci yarımilliyi isə sentyabr ayında açılacaq. Cari ilin payız ayından başlayaraq ilin sonunadək «BIHE», «Stomatology Azerbaijan», «Beauty Azerbaijan», «Education and Career», «BakuBuild», «Caspian MebelExpo», «CaspianRealty», «Aqua-Therm Baku», «CIPS» və «BakuTel» kimi ənənvi sərgilər, həmçinin «SportExpo» debüt layihəsi həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda sərgilərin 2011-ci il üçün proqnozlaşdırılan artım səviyyəsi 20%-dən yuxarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR