Bank Of Baku

Martda Azərbaycana Hindistan iş adamlarından ibarət nümayəndə heyətinin səfəri gözlənilir

Martda Azərbaycana Hindistan iş adamlarından ibarət nümayəndə heyətinin səfəri gözlənilir
# 11 yanvar 2011 13:12 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Hindistanın Azərbaycandakı səfirliyi 2011-ci ildə də Azərbaycanda müxtəlif layihələr həyata keçirəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Debnat Şou bildirib. Onun sözlərinə görə, mart ayında Bakıda Hindistan nümayəndə heyətinin səfəri planlaşdırılır. “Səfər iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsinə töhfə verəcək. Artıq bir neçə aydır ki, Bakıda hind dili mərkəzi fəaliyyət göstərir və azərbaycanlı tələbələr hind dilini öyrənirlər”.

Səfir ölkəsinin Suraxanı Atəşgahında aparılan bərpa işlərinə yardım göstərməkdə hazır olduğunu deyib. Onun sözlərinə görə, bərpa işlərinə yardım etmək üçün Hindistandan mütəxəssis qrupunun gəlməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR