Bank Of Baku

Azərbaycanda sahibkarların 3%-i vergidən tamamilə yayınır

Azərbaycanda sahibkarların 3%-i vergidən tamamilə yayınır
# 11 yanvar 2011 13:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda sahibkarların 3%-i vergidən tamamilə, 27%-i isə qismən yayınır. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən 2010-cu ilin yekunları əsasında məlumat verilib. Vergi ödəyicilərinin təqribən 70%-i vergini könüllü ödəyir.

Nazirlikdən bildirilib ki, «2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası»nın həyata keçirilməsi nəticəsində vergidən yayınanların sayı azalacaq. Nazirliyin proqnozlarına görə, 2015-ci ildə vergidən tamamilə yayınanların sayı 2%-ə, qismən yayınanların sayı 13-15%-ə düşəcək. Bu müddət ərzində vergini könüllü ödəyənlərin sayı isə əksinə, artaraq vergi 82-85%-ə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR