Azərbaycanda sahibkarlar vergi işçilərindən SMS alacaq

Azərbaycanda sahibkarlar vergi işçilərindən SMS alacaq
# 12 yanvar 2011 12:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu vergilər naziri Fazil Məmmədovun təsdiqlədiyi «2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası»nda nəzərdə tutulub.

Vergilər Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, məlumatlandırma və xatırlatma xarakterli olacaq bu SMS-lərdə, məsələn, vergi bəyannamələrinin verilməsi tarixi və ya onun bitməsi vaxtı bildiriləcək. Əgər ödəyici o vaxtadək bəyannamə göndərməyibsə, onun başa çatmasına az vaxt qalması xatırlanacaq və s.

Qeyd edək ki, hazırda borclu vergi ödəyicilərinin mobil telefonuna səsli mesajlar vasitəsilə onların borcları barədə məlumatlar göndərilir. Təkcə 2010-cu il ərzində 75 mindən artıq vergi ödəyicisinə belə mesaj göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR