Bank Of Baku

Azərbaycanda süd məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılır

Azərbaycanda süd məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılır
# 14 yanvar 2011 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd məhsullarının istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Boru keçidi, 6 ünvanında «Fresh milk» MMC-yə məxsus istehsal sexində aparılan yoxlama zamanı yağlılığı 3,2% olan qatıqların müvafiq reseptura olmadan istehsal edildiyi, istehsal edilmiş qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyənləşdirilib.

Reseptura olmadan istehsal edilmiş yağlılığı 3,2% olan 634 kq qatıq Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qatıqların geri yığılması barədə Dövlət Xidməti tərəfindən «Fresh milk» MMC-yə icrası məcburi göstəriş verilib.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara süd məhsulları alarkən diqqətli olmağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR