Bank Of Baku

Bakıda 655 kq keyfiyyətsiz süd məhsulları məhv edilib

Bakıda 655 kq keyfiyyətsiz süd məhsulları məhv edilib
# 17 yanvar 2011 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan paytaxtında 655 kq keyfiyyətsiz süd məhsulları məhv edilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında «Amal» şirkətinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 3,2% olan qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyi, həmçinin həmin məhsulların müvafiq reseptura olmadan istehsal edildiyi müəyyən edilib.

Reseptura olmadan istehsal edilmiş ümumi çəkisi 655 kq olan qatıq, dovğa və pəhriz kəsmiyi Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar süd məhsullarının istehsalının dayandırılması, həmçinin müəssisədə istehsal edilərək ticarət şəbəkəsinə paylanmış süd məhsullarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən «Amal» şirkətinə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR