Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən il 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən il 9% artıb
# 17 yanvar 2011 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ildəkinə nisbətən 9% artaraq 13,7 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövriyyənin 14,7%-i hüquqi şəxslərin, 45,4%-i hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,9%-i yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına formalaşıb.

Hesabat ilində ticarət şəbəkələrindən əhaliyə 8,8 mlrd. manatlıq ərzaq, 4,9 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb, 2009-cu il ilə müqayisədə onların satışı müvafiq olaraq 7,5% və 13,8% artıb.

İl ərzində əhaliyə 4,7 mlrd. manatlıq və ya 10,8% çox pullu xidmətlər göstərilib. Xidmətlərin 77,9%-i hüquqi, 22,1%-i fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə 7,6% və 23,6% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR