Bank Of Baku

Saxlama müddəti ötmüş 660 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 660 kq ərzaq malları satışdan çıxarılıb
# 17 yanvar 2011 13:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda General Şıxlinski küçəsində yerləşən «Ruzi market»də, «Odlar Yurdu market»də, «Anar market» və «Aynur market»də, N.Tusi küçəsində Vəfa Novruzovaya və Əkbər Uzakova məxsus mağazalarda, Sadıqcan küçəsindəki «Mərhəmət market»də, «İlahə market»də və «Ruslan İdman Sağlamlıq Mərkəzi» MMC-yə məxsus mağazada, Cavanşir küçəsində yerləşən «Bolluq market»də, «Nigar market»də və «MF market»də, Q.Məmmədov küçəsindəki «Bahar market»də, Masallı rayonunda Digah küçəsində Rafiq Abışova məxsus mağazada, Tovuz rayonunda H.Aslanov küçəsində PeymanVəliyevə və İnarə Həsənovaya məxsus mağazalarda, Mingəçevir şəhərində Xətai küçəsi, 9 ünvanında «Ərzaq-56» mağazasında, C.Əliyev küçəsindəki «İlti market»də, ümumi çəkisi 660 kiloqramdan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR