Bank Of Baku

Polietilen torbaların istehsalı ilə məşğul olan daha bir şirkət cərimələnib

Polietilen torbaların istehsalı ilə məşğul olan daha bir şirkət cərimələnib
# 19 yanvar 2011 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda polietilen torbaların istehsalı ilə məşğul olan daha bir şirkətə maliyyə sanksiyası tətbiq olunub.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə polietilen torbalarının istehsalı ilə məşğul olan «Əlirzaoğlu» MMC barəsində Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə «Əlirzaoğlu» MMC-yə 4,9 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR