Bank Of Baku

Azərbaycanda daha iki dövlət standartı təsdiq edilib

Azərbaycanda daha iki dövlət standartı təsdiq edilib
# 24 yanvar 2011 08:39 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 539-2011 “Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi” və AZS 541-2011 “Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər” Dövlət standartlarını təsdiq edib.

Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, standartların tətbiq vaxtı 1 fevral 2011-ci ildən müəyyən edilib.

AZS 539-2011 “Yalnız fiziki üsullarla konservləşdirilmiş alma şirəsi” standartı yalnız fiziki üsullarla konservləşdirilmiş, bilavasitə istifadə üçün nəzərdə tutulan alma şirəsinə şamil edilir. Bu standart şirənin ionlaşdırıcı şüalanma emalı olmadan fiziki üsullarla konservləşdirilməsini nəzərdə tutur.

AZS 541-2011 “Qarışıq meyvə şirələri. Rəhbər göstərişlər” standartı bilavasitə istifadə üçün nəzərdə tutulmuş, yalnız fiziki üsulla konservləşdirilən qarışıq meyvə şirələrinə şamil edilir.

Hər iki standart Codeks Alimentarius Komissiyasının eyni adlı standartları əsasında hazırlanıb. Məlumat üçün bildirək ki, Azərbaycan Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli sərəncamına əsasən, yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri Codeks Alimentarius Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Bu barədə Xarici İşlər Nazirliyi Komitə tərəfindən təqdim edilmiş bildirişi Codeks Alimentarius Komissiyasının Katibliyinə göndərib. Artıq Codeks Alimentarius Komissiyasının rəsmi internet səhifəsində (http://www.codexalimentarius.net/web/members.jsp?lang=EN) Azərbaycanın üzvlüyü ilə bağlı informasiya da yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR