Bank Of Baku

Ramiz Həsənov: «Azərbaycanda istehsal olunan kolbasalara donuz piyi vurulmursa, həmin məhsul standarta uyğun hesab olunmur»

Ramiz Həsənov: «Azərbaycanda istehsal olunan kolbasalara donuz piyi vurulmursa, həmin məhsul standarta uyğun hesab olunmur»
# 25 yanvar 2011 11:07 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov məlumat verib.

«Bu gün «Halal» standartı yoxdur. Müsəlman ölkələrb belə bir standartın yaradılması üzərində işləsələr də, hələ ki yekun nəticəyə gələ bilmirlər. Ona görə də, belə bir standart qəbul olunmayıb», - deyə komitə sədri vurğulayıb.

R.Həsənovun sözlərinə görə, rəsmən «Halal» standartı yoxdursa, məhsulun üzərində belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru deyil: «Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik. Belə olan halda həmin kolbasa necə halal ola bilər?».

Komitə sədri bildirib ki, hazırda Azərbaycanda bir istehsal müəssisəsi halal kolbasa və sosis istehsalı üçün ayrıca bir texniki şərt hazırlayıb. Məhsulun istehsal reseptini dəyişib. Aparılan yoxlamalar da göstərib ki, həmin məhsullar təhlükəsizdir və donuz piyi vurulmadan bu tip məhsullar buraxıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR