Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib
Komitədən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan ƏMDK sədri Kərəm Həsənov qeyd edib ki, 2010-cu ildə respublika üzrə 95000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Hesabat dövründə 20 000-dən çox ipoteka müqaviləsi, 550-yə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, 80 000-dən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65000-ə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 30000-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib. Daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilib.
2010-cu ildə fəaliyyət proseslərində yol verdikləri nöqsanlara görə 2010-cu il ərzində 40-a yaxın komitə əməkdaşına müxtəlif intizam tənbeh tədbirləri görülüb, 4 nəfər işdən azad edilib.
İclasda komitə sədri 2011-ci ildə özəlləşdirmənin daha da sürətləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən daxilolmaların artırılması, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, onun qorunub saxlanılması və səmərəli istifadə edilməsi sahəsində həyata keçiriləcək tədbirlərin daha da gücləndirilməsi, dövlət mülkiyyətində olan torpaq sahələrində qeyri-qanuni tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onların istifadə təyinatının dəyişdirilməsi hallarının qarşısının alınması və səmərəli istifadəsinin təmin olunması istiqamətində görülmüş işlərin gələcəkdə də uğurla aparılmasının vacibliyini vurğulayıb.
İclasda qeyd olunub ki, daxil olmuş vətəndaş müraciətlərinin təhlilləri göstərir ki, bir çox hallarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlar tərəfindən tam olmayan və əsassız sənədlər təqdim olunur. Qanunvericilin tələblərinə uyğun olaraq bu kimi sənədlərin qəbul edilməməsi və ya qeydiyyatdan imtina edilməsi nəticəsində komitənin qurumlarının fəaliyyətindən müvafiq dövlət orqanlarına və müxtəlif instansiyalara haqsız vətəndaş şikayətləri edilir: “Bu kimi hallar diqqətdə saxlanılmalı və icra zamanı izah olunmalıdır”.
Bununla yanaşı, komitə sədri Kərəm Həsənov daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin və qanunçuluğun daha da gücləndirilməsi, sənədlərin siyahısının azaldılması və hüquqların qeydiyyatı ilə bağlı vətəndaşların müraciətlərinin baxılmasında operativliyin daha da artırılmasının zəruriliyini qeyd edib. Sənədlərin baxılmasında əlavə vaxt itkisinin və vətəndaşların süründürməçilik hallarının yolverilməzliyi, vətəndaş hüquqlarının təmin edilməsi istiqamətində də bir sıra tapşırıqlar verilib, bu sahədə nöqsan hallarına yol vermiş işçilər barəsində ciddi tədbirlərin görüləcəyi qeyd edilib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib