Bank Of Baku

Bakıda «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» mövzusunda seminar keçiriləcək

Bakıda «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» mövzusunda seminar keçiriləcək
# 25 yanvar 2011 15:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin fevralın 1-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə qurumun üzvü olan assosiasiya, müəssisə və cəmiyyətlərə «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» mövzusunda seminar keçiriləcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarda bir qrup assosiasiya rəhbərlərinin, sahibkarların, Azərbaycan Həmkarlar Konfederasiyasının, İqtisadi İnkişafı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri iştirak edəcək.

Seminarda Latviyanın təcrübəsi haqqında təcrübəli mütəxəssis, Riqa şəhərində fəaliyyət göstərən «KALVE» Kiçik və Orta Müəssisələr Assosiasiyanın prezidenti, sosiologiya elmləri doktoru Aydın Əsgərov məlumat verəcək.

Məruzəçinin əsas məqsədi Azərbaycanda olan assosiasiyaların və onlara üzv olan sahibkarları Avropa təcrübəsi ilə tanış etmək, onların mövqelərini və təkliflərini öyrənmək və onların Azərbaycan məkanında müvafiq şəxsi təcrübələrini artırmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR