Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Lənkəran sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Lənkəran sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 26 yanvar 2011 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Lənkəran rayonu üzrə müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması və intensiv (sitrus və subtropik meyvəçilik) bağçılıq təsərrüfatının yaradılması sahələrin inkişafı məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR