Bank Of Baku

Ötən il Azərbaycanda 470-ə yaxın müəssisə və bələdiyyə ləğv edilib

Ötən il Azərbaycanda 470-ə yaxın müəssisə və bələdiyyə ləğv edilib
# 26 yanvar 2011 14:16 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artım iqtisadiyyatın «Daşınmaz əmlakla əlaqədar əməliyyatlar», «Maliyyə və sığorta fəaliyyəti», «Digər sahələrdə xidmətlərin göstərilməsi», «Peşə, elmi və texniki fəaliyyət», «Təhsil» və «İnformasiya və rabitə» bölmələrində daha nəzərəçarpacaq dərəcədə olub.

«Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri», «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq», «Digər sahələrdə xidmətlərin göstərilməsi», «Tikinti» və «Emal sənayesi» bölmələrində hüquqi şəxslərin Dövlət Registrində xüsusi çəkisi daha yüksək olub.

Xüsusi mülkiyyətdə olan hüquqi şəxslərin əsas hissəsi «Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri» (37%), «Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq» (12,8%), «Digər sahələrdə xidmətlərin göstərilməsi» (12,5%), «Tikinti» (10,2%), «Emal sənayesi» (7,3%) və «İnzibati və yardımçı xidmətlərin göstərilməsi» (5,2%) bölmələrinin payına düşür.

Statistik vahidlərin Dövlət Registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (30,8%), Böyük Britaniya (11,0%), Rusiya (7,4%), İran (6,1%), ABŞ (5,5%) və Almaniya (2,7%) sahibkarları tərəfindən yaradılıb.

Ötən il qeydiyyatdan keçmiş hüquqi şəxslərin 84,5%-i xüsusi mülkiyyətli, 3,4%-i dövlət mülkiyyətli, 10,1%-i tam xarici investisiyalı, 1,9%-i isə birgə müəssisələrin payına düşür.

Bu dövrdə Bakı şəhəri üzrə 132, Aran iqtisadi rayonu üzrə 207, Gəncə-Qazax iqtisadi rayonu üzrə 85, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 45 müəssisə və bələdiyyə ləğv edilərək Statistik vahidlərin Dövlət Registrindən çıxarılıb.
Göründüyü kimi, 2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin ümumi sayının 87,3%-ni kiçik müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət (38,5%), kənd təsərrüfatı (12,9%) və tikinti (12,0%) sahələrində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR