Bank Of Baku

İsveçrə saatlarının satış həcmi artır

İsveçrə saatlarının satış həcmi artır
# 27 yanvar 2011 09:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Lüks əşyalar bazarında böhran artıq geridə qalıb. «APA-Economics»in Bloomberg agentliyinə istinadən məlumatına görə, bu barədə İsveçrə saatlarının istehsalı Federasiyasının rəhbəri Gjan-Daniel Paşe bildirib.

Onun sözlərinə görə, bahalı saatlara tələbatın artması hesabına dünyanın bahalı saat industriyasının mərkəzi sayılan İsveçrə 2011-ci ildə saatların ixracını rekord həddədək artıra bilər. Bu il İsveçrədən saat ixracının həcmi 2008-ci ilin rekord göstəricisini (17 mlrd. frank və ya 17,7 mlrd. dollar) üstələyə bilər.

Hazırda əsas saat istehsalçılarını – “Swatch Group” və “Richemont”u narahat edən yeganə məsələ İsveçrə frankının möhkəmlənməsidir – bu, saatların rəqabət qabiliyyətini aşağı salır. 2010-cu ildəki ixracın həcmi ilə bağlı rəqəmlər bir neçə gündən sonra açıqlanacaq, hələlik 11 ayın nəticələrinə görə İsveçrə saatlarının ixracı ötən ilin eyni dövrünə nisbətən 22% artıb.

Saat bazarının 25%-nə nəzarət edən, bahalı “Breguet”, “Blancpain” və kütləvi “Swatch”, “Flik Flak” markalarının sahibi “Swatch” şirkəti 2010-cu ildə tarixində ən böyük satışlara nail olduğunu bildirib. Ötən il şirkətin satışları 19% artıraq 5 mlrd. dolları keçib. “Swatch”un rəqibi “Richemont Group” şirkətinin (“Vacheron Constantin”, “Jaeger-LeCoultre”, “Cartier” və “Montblanc” markalarının sahibi) satışlarının da yüksək olacağı bildirilir.

2010-cu ildə İsveçrə saatlarının əsas alıcıları asiyalılar ərəblər və şərqi avropalılar olub. Xüsusilə çinlilər yüksək ödəniş qabiliyyətləri ilə bütün müştəriləri üstələyiblər. Təkcə Asiyada “Richemont”un satışları 57% artıb. Ən çox satılan markalar “Rolex”, “Patek Philippe”, “Omega”, “Breguet”, “Vacheron Constantin”, “Longines” markalarıdır. Satışların bu il də yüksək səviyyədə olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR