Bank Of Baku

Azərbaycanda xarici şirkətlərin qeydiyyat ünvanı dəyişib

Azərbaycanda xarici şirkətlərin qeydiyyat ünvanı dəyişib
# 27 yanvar 2011 11:04 (UTC +04:00)
Vergilər naziririn müvafiq əmri ilə, yanvarın 25-dən etibarən Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla, Azərbaycanın digər ərazilərində təsis edilən xarici investisiyalı kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayyəndəliklərinin dövlət qeydiyyatı Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi (Heydər Əliyev pr-ti,105) tərəfindən həyata keçirilir.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu əmrə əsasən, həmçinin ali və orta ixtisas təhsil müəssisələri, maliyyə-sənaye qurumları, banklar, investisiya fondları, sığorta və audit təşkilatlarının dövlət qeydiyyatı da həmin qurum tərəfindən aparılacaq.

Xatırladaq ki, indiyədək bu işləri Vergilər Nazirliyinin ərazilə idarələri həyata keçirirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR