Bank Of Baku

Haqsız rəqabətə yol verən fiziki və hüquqi şəxslər cərimələnib

Haqsız rəqabətə yol verən fiziki və hüquqi şəxslər cərimələnib
# 27 yanvar 2011 15:12 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə daha bir şirkət cərimələnib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süd məhsullarının istehsalı ilə məşğul olan Gülbala Qasımzadə və “Kaspian Prodakşn Layn” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Gülbala Qasımzadəyə 1,8 min manat, “Kaspian Prodakşn Layn” MMC-yə isə 1,5 min manat maliyyə sanksiyası tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR