Bank Of Baku

Saxlama müddəti ötmüş 520 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 520 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 31 yanvar 2011 15:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov rayonunda Mayakovski küçəsində yerləşən «Bəhruz market»də, «Aygün market»də və «Elfan-S market»də, Mayakovski və Z.Xəlil küçələrinin kəsişməsindəki «Nurlan market»də və Arif Məmmədova məxsus mağazada, Çaykovski küçəsindəki «444 market»də, A.Heydərov küçəsi, ev 26A ünvanında yerləşən «Bərəkət market»də, Z.Xəlil küçəsi, ev 14 ünvanındakı «Aran market»də, Təbriz küçəsi, ev 100A, mənzil 17 ünvanındakı «İslimi market»də, Molla Cümə küçəsi, ev 15B ünvanında yerləşən «Naf market»də, Xətai rayonunda Sarayevo küçəsi, ev 18 ünvanında yerləşən «Gürcü kafesi»ndə, Ağdaş rayonunda M.Ə.Rəsulzadə küçəsində Zaur Əfəndiyevə məxsus mağazada, Şəki rayounda M.Ə.Rəsulzadə küçəsində Rizvan İlyasova məxsus mağazada, ümumi çəkisi 520 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR