Bank Of Baku

Bakıda «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» mövzusunda seminar keçirilib

Bakıda «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» mövzusunda seminar keçirilib
# 01 fevral 2011 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) üzv təşkilatlar, assosiasiya, müəssisə və cəmiyyətlərin nümayəndələri üçün «Kiçik və Orta Müəssisələr Assosiasiyasının məqsəd və vəzifələri» Latviyadan praktik təcrübələr mövzusunda seminar təşkil edib.

«APA-Economics»in məlumatına görə, seminarda Latviya təcrübəsi haqqında təcrübəli mütəxəssis, Riqa şəhərində fəaliyyət göstərən «Kalve» Kiçik və Orta Sahibkarlıq Assosiasiyanın prezidenti Aydın Əsgərov məlumat verib.

Məruzəçinin əsas məqsədi Azərbaycandakı assosiasiyaları və onlara üzv olan sahibkarları Avropa təcrübəsi ilə tanış etmək, onların mövqelərini və təkliflərini öyrənmək və onların Azərbaycan məkanında müvafiq şəxsi təcrübələrini artırmaqdan ibarətdir.

Tədbirdə çıxış edən ASK-nın baş katibi Məmmədəli Əfəndiyev sahibkarların maarifləndirilməsi sahəsində qurum tərəfindən daim dəstək göstəriləcəyini bildirib. Hazırda Azərbaycanda 90 minə yaxın sahibkar mövcuddur ki, bunun 4 mini assosiasiyasının üzvüdür. Bu sahibkarların hamısı ASK-nın üzvü olarsa, qurum tərəfindən bunlar üçün seminarların təşkili və digər işlərin görülməsi qeyri-mümkün olacaq. Bu baxımdan sahibkarlar təşkilatlanmalı və fəaliyyətlərini daha da genişləndirməlidir.

Qeyd edək ki, seminarda bir qrup assosiasiya rəhbərlərinin, sahibkarların, Azərbaycan Həmkarlar Konfederasiyasının, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, seminar Almaniyanın «Bildungsuerk der Wirtshaft Mecklenburq-Vorpommern» təşkilatı ilə ASK arasında bağlanmış tərəfdaşlıq müqaviləsinə uyğun olaraq təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR