Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 01 fevral 2011 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən ümumi tutumu 5 min ton olan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması, həmçinin, yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı (illik 5 min ton) müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR