Bank Of Baku

Sumqayıtda alman mütəxəssislərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib

Sumqayıtda alman mütəxəssislərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib
# 02 fevral 2011 08:25 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıtda Almaniyanın GIZ (InWEnt) təşkilatının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”na həsr edilmiş tədbir keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbir 2011-ci ildə Almaniyanın Kil şəhərində yerləşən “Şlezviq-Qolşteyn İqtisadiyyat Akademiyası” Tədris Mərkəzində və müvafiq müəssisələrdə təşkil olunacaq ixtisasartırma kurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən sahibkarların və sahibkarlıq subyektlərində çalışan menecerlərin iştirakının təmin edilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən həyata keçirilib.

Tədbirdən əvvəl nümayəndə heyəti Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini A.Quluyev tərəfindən qəbul edilib. Görüşdə GIZ (InWEnt) təşkilatının nümayəndəsi Aleksandr Belov və Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri iştirak edib. Görüş zamanı Sumqayıtda sahibkarlığın inkişafı və Sumqayıtın yenidən sənaye şəhərinə çevrilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Sumqayıt Sahibkarlar Assosiasiyasının sədri Q.Kərimov şəhərdə kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcud olduğunu bildirib. O, təşkil olunan ixtisasartırma kurslarının sahibkarların bacarıqlarının artırılmasına imkan yaradacağını bildirib. Daha sonra tədbir iştirakçılarına proqram barədə məlumat verilib və təqdimat nümayiş etdirilib. Eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün nümayəndə heyəti Sumqayıt şəhərində fəaliyyət göstərən yerli müəssisələrdə olub. “İnter Tekstil” Açıq Səhmdar Cəmiyyəti və “Bismak” Qida Sənaye Kompleksində olan qonaqlar bu müəssisələrdə mövcud olan yeni, müasir texnologiyalarla tanış olublar.

Xatırladaq ki, Bakı Biznes Tədris Mərkəzi Almaniyanın GİZ təşkilatı ilə birlikdə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən sahibkarların və sahibkarlıq subyektlərində çalışan menecerlərin Almaniyada 1 ay müddətində ixtisasının artırılmasını təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR