Bank Of Baku

Azərbaycanda pirotexnik məmulatlar və çay standartları təsdiq edilib

Azərbaycanda pirotexnik məmulatlar və çay standartları təsdiq edilib
# 02 fevral 2011 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Pirotexnik məmulatlar. Ümumi təhlükəsizlik tələbləri» və «Qablaşdırılmış təmli və ətirli qara məxməri çay» dövlət standartlarını təsdiq edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, yeni standartlar fevralın 10-dan etibarən tətbiq olunacaq.

Komitənin texniki tənzimləmə və standartlaşdırma şöbəsi tərəfindən hazırlanmış «Pirotexnik məmulatlar. Ümumi təhlükəsizlik tələbləri» standartı sənaye və məişət təyinatlı pirotexnika məhsullarına şamil olunur və bu məhsulların hazırlanması, sertifikatlaşdırılması, satılması və istifadəsi üçün məcburi olan ümumi təhlükəsizlik tələblərini təyin edir.

Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş «Qablaşdırılmış təmli və ətirli qara məxməri çay» dövlət standartı çəkilib qablaşdırılmış təmli (bitki, meyvə-giləmeyvə qarışıqlı) və ətirli (aromatizatorlu) qara məxməri çaya şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR