Azərbaycan İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib
Nazir həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə görülmüş ciddi tədbirlər nəticəsində qanunvericilik bazası təkmilləşdirilmiş, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» (2007-2011-ci illər) və Fəaliyyət Planı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər müvafiq qurumlar yaradılıb, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş bir sıra sənədlər qəbul edilib: «Bu sənədlərdən və müvafiq prezident fərmanlarından irəli gələrək, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasına dair nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının icrası təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir».
Ş.Mustafayevin sözlərinə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq və süni qiymət artırılması meyllərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir. Sahibkarlıq subyektlərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Eyni zamanda xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır.
«Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır», - deyə nazir bildirib.
Ş.Mustafayevin sözlərinə görə, ictimai nəzarətin gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.
Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması, lisenziyaların verilməsi prosedurunun təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması, sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, lisenziyaların və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması kimi istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılıb.
İqtisadi inkişaf naziri kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib