Bank Of Baku

Azərbaycandakı bütün təsərrüfat obyektləri pasportlaşdırılacaq

Azərbaycandakı bütün təsərrüfat obyektləri pasportlaşdırılacaq
# 02 fevral 2011 14:16 (UTC +04:00)
Vergilər Nazirliyi ölkədəki bütün vergi ödəyiciləri və təsərrüfat subyektlərinin, yəni obyektlərin pasportlaşdırılmasına başlayır. «APA-Economics»in məlumatına görə, Nazirliyin vergi ödəyicilərinə müraciətində bildirilir ki, pasportlaşdırma prosesi fevralın 1-dən başlanıb: «Vergilər Nazirliyi tərəfindən vergi nəzarəti əhatə dairəsinə daxil olan ərazilərdə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin pasportlaşdırılması həyata keçiriləcək».

Nazirlik bildirir ki, pasportlaşdırmanın əsas məqsədi vergi ödəyiciləri və təsərrüfat subyektlərinin uçot məlumatlarını dürüstləşdirmək, bununla da gələcəkdə yarana biləcək uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin etməkdir.

Pasportlaşdırma vergi əməkdaşlarının vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin ünvanlarına gedərək fərdi müşahidələr, vergi ödəyicilərinin təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında həyata keçiriləcək.

Nazirlik xüsusi qeyd edir ki, pasportlaşma zamanı cərimə, yoxlama və s. aparılmayacaq: «Pasportlaşdırmanı həyata keçirən vergi əməkdaşının bu tədbir xaricində hər hansı digər tədbir - cərimə, maliyyə sanksiyası və digər məsuliyyət tədbirləri həyata keçirmək səlahiyyəti yoxdur».

Nazirlik bütün bunları nəzərə alaraq vergi ödəyicilərini pasportlaşdırma tədbirlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bu sahədə vergi əməkdaşlarına hərtərəfli köməklik göstərməyə və tələb olunan məlumatları dolğun və düzgün şəkildə təqdim etməsini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR