Bank Of Baku

Vergilər Nazirliyi plastik kartlardan daha fəal istifadə etməyə çağırıb

Vergilər Nazirliyi plastik kartlardan daha fəal istifadə etməyə çağırıb
# 02 fevral 2011 14:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi ölkədə nağdsız ödəmələrin artırılması məqsədilə vergi ödəyicilərini plastik kartlardan daha geniş istifadə etməyə çağırıb. Nazirliyin müraciətində deyilir ki, ölkədə həm böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə, həm də xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) plastik kartlar əsasında təhlükəsiz həyata keçirilməsi üçün imkanlar var.

«APA-Economics»in məlumatına görə, nazirlik bildirir ki, hazırda ölkənin bütün təsərrüfat subyektlərinin və geniş əhali təbəqəsinin elektron ödəniş sistemindən daha aktiv istifadə etməsi üçün tədbirlər görülür. Nazirlik bu prosesin daha da genişlənməsi və ölkə iqtisadiyyatında şəffaflığın artırılması üçün iş adamlarını əmək haqqı və digər ödənişləri plastik kartlarla ödəməyə, şirkətlər və şirkət əməkdaşlarını mal alışını plastik kartlar vasitəsilə ödəməyə çağırıb: «Əmək haqqı və digər ödənişlərin verilməsinin, Sizin və işçiləriniz tərəfindən mal (iş, xidmət) alışının plastik kartlar vasitəsilə həyata keçirilməsi üçün imkanınız daxilində müvafiq tədbirlərin görülməsini xahiş edirik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR