Bank Of Baku

Bakıda istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta üzrə maarifləndirmə konfransı keçirilib

Bakıda istehsalatda bədbəxt hadisələrlə bağlı icbari sığorta üzrə maarifləndirmə konfransı keçirilib
# 02 fevral 2011 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin təşkilatçılığı ilə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun təbliği ilə bağlı sahibkarlar üçün konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, konfransda Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, bu tədbirin sahibkarlah üçün təşkil edilməsi maarifləndirmə xarakteri daşıyır: «Əsas məqsəd sahibkarlar tərəfindən bu qanunun müddəalarının daha yaxşı başa düşməsi, eyni zamanda bu qanunla bağlı sahibkarlar üçün qaranlıq qalan məsələlərə izahat vermək və daha ətraflı məlumat verməkdən ibarətdir».

Tədbirdə N.Xəlilov «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanundakı maddələrlə bağlı sahibkarlara ətraflı məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Məhərrəm Məhərov bildirib ki, bu ayın əvvəlindən DƏM rayonlarda yerləşən müəssisə və təşkilatlarda işçilərin icbari sığortalanması ilə bağlı yoxlamalara başlayıb: «Burada əsas məqsəd işçilərin icbari sığortalanması üzrə müəssisə rəhbərlərini məlumatlandırmaq və maarifləndirmə işlərini aparmaqdır. Fevral ayı ərzində öz işçisini bu sığorta növü üzrə sığortalamayan müəssisə və təşkilatlara hələlik cərimə tətbiq olunmayacaq. Çünki elə müəssisə və təşkilatlar var ki, bu qanunla bağlı ətraflı məlumatlandırılmayıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR