Bank Of Baku

Azərbaycanda Korporativ İdarəetmə Standartları təsdiq edilib

Azərbaycanda Korporativ İdarəetmə Standartları təsdiq edilib
# 03 fevral 2011 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Korporativ İdarəetmə Standartlarını təsdiq edib.

Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Korporativ İdarəetmə Standartlarının layihəsi İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə yaradılmış Korporativ İdarəetməyə dair İşçi Qrupu tərəfindən hazırlanıb. Həmin standartlar Nazirliyi tərəfindən təsdiq edilib.

Azərbaycan Korporativ İdarəetmə Standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edərək, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir. Könüllü xarakter daşıyan bu Standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiq olunmasına xidmət edir.

Qeyd edək ki, gələn həfətə sözügedən Standartların təqdimat mərsimi keçiriləcək.

Xatırladaq ki, hazırda IFC və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda Korporativ İdarəetmə Layihəsini (AKİL) həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR