Bank Of Baku

Tarif Şurası: Azərbaycanda suya tətbiq olunan yeni tariflər sudan xammal kimi istifadə edən istehsalçılara şamil edilmir

Tarif Şurası: Azərbaycanda suya tətbiq olunan yeni tariflər sudan xammal kimi istifadə edən istehsalçılara şamil edilmir
# 03 fevral 2011 14:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fevralın 1-dən suya tətbiq olunan yeni tariflər sudan xammal kimi istifadə edən istehsal sahələrinə şamil edilmir. Bu barədə «APA-Economics»ə Azərbaycan Tarif Şurasının katibi Elşən Əsədov məlumat verib.
Onun sözlərinə görə, Tarif Şurasının yanvarın 31-də keçirilmiş iclasında bir neçə sahə üzrə tariflərə baxılıb və yeni tariflər müəyyənləşdirilib: «Yeni tariflər müəyyən olunarkən sudan xammal kimi istifadə edənlər üçün suyun tarifi dəyişdirilməyib və əvvəlki səviyyədə saxlanılıb».
E.Əsədov onu da bildirib ki, sudan xammal kimi istifadə edən istehlakçılar qrupuna pivə, spirtli və spirtsiz içkilər istehsalı ilə məşğul olan sahələr daxildir: «Bu qrup üçün tariflər dəyişdirilmədiyindən həmin sahələrdə məhsulların qiymətlərində bu səbəbdən hər hansı artımın baş verməsi gözlənilmir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR