Bank Of Baku

Saxlama müddəti ötmüş 1 ton ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 1 ton ərzaq malları satışdan çıxarılıb
# 03 fevral 2011 15:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov rayonunda Atatürk prospekti, 47 ünvanında yerləşən «Ordubad market»də, Səbail rayonunda Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən «Bizim market»də, Yasamal rayonunda Yeni Yasamal 2 ünvanında yerləşən «Halal market»də, M.Muxtarov küçəsi, ev 111 ünvanında Elşən Xanlarova məxsus mağazada, H.Zərdabi küçəsi, ev 84, mənzil 6 ünvanında Asim Sayılova məxsus mağazada, Ş.Əzizbəyov küçəsi, ev Q, mənzil 1 ünvanındakı «Kazbek market»də, Şərifzadə küçəsində Ələddin Əliyevə məxsus mağazada və «Bizim market»də, A.Ağayev küçəsi, məhəllə 563 ünvanındakı «Əlixan market»də, Xətai rayonunda Zığ şosesi, 9 ünvanında yerləşən «Bərəkət market»də, K.Kərimov küçəsi, ev 3 ünvanında Famil Əliyevə məxsus mağazada, Əbilov qəsəbəsi, ev 18/8 ünvanında Musa İsayevə məxsus mağazada, M.Mehdizadə küçəsi, ev 38 ünvanındakı «Qardaşlar market»də, S.Vəzirov küçəsi, ev 11B ünvanındakı «İnci market»də, Nikişin küçəsi, ev 32 ünvanında Sahib Məmmədova məxsus mağazada, Qusar rayonunda F.Musayev küçəsində Riad Həzərova məxsus mağazada, Kürdəmir rayonunda Bakı prospektində Mübariz Balakişiyevə və Aqil Əhmədova məxsus mağazalarda, Göygöl rayonunda A.Kazımov küçəsi, Avtovağzal ərazisində Habil Musayevə məxsus mağazada, Bərdə rayonunda Bakı küçəsində Rafiq Qasımova və Hidayət Muradova məxsus mağazalarda, Samux rayonunda Karayeri qəsəbəsində Vüqar Quliyevə məxsus mağazada, Xaçmaz rayonunda Qımıl-qışlaq kəndində Elçin İbrahimova məxsus mağazada, Füzuli rayonunda M.Ə.Rəsulzadə küçəsində Azər Məhərrəmova məxsus mağazada, ümumi çəkisi 1 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR