Bank Of Baku

Azərbaycanda vergi ödəyicilərinə SMS-lərin göndərilməsinə başlanılıb

Azərbaycanda vergi ödəyicilərinə SMS-lərin göndərilməsinə başlanılıb
# 05 fevral 2011 11:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi vergi ödəyicilərinin məlumatlandırılması üçün «Qısa mesaj xidməti»nin (SMS) tətbiqinə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsilə Telefon Mərkəzindən vergi ödəyicilərinə məlumatların (vergi borcları, təqdim etməli olduqları bəyannamələr və s.) kütləvi şəkildə göndərilməsi nəzərdə tutulur. Nazirliyin Telefon Mərkəzi tərəfindən göndərilən SMS-lər vergi ödəyicilərinin mobil telefonlarına «VERGİLER195» adı ilə göndərilir.

Nazirlik bildirir ki, vergi ödəyicilərindən daxil olmuş rəylər bu xidmətin vergi ödəyiciləri tərəfindən müsbət qarşılandığını deməyə əsas verir. Xidmətin gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, gələcəkdə artıq vergi ödəyicilərinin özü Telefon Mərkəzinə «SMS» göndərməklə vergi borcları, təqdim etməli olduqları vergi bəyannamələri və digər lazımi məlumatlar əldə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR