Bank Of Baku

Türkiyənin təhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətin Azərbaycanda filialı açılıb

Türkiyənin təhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətin Azərbaycanda filialı açılıb
# 07 fevral 2011 08:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin təhlükəsizlik sektorunda fəaliyyət göstərən «Ekin Teknoloji Sanayi ve Ticaret» şirkətinin Azərbaycanda filialı açılıb. APA-nın məlumatına görə, şirkət yanvarın 24-də Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə dövlət qeydiyyatından keçib.

Şirkətin Azərbaycanda qanuni təmsilçisi Adnan Durhandır.

Qeyd edək ki, 1998-ci ildə İstanbulda qurulan «Ekin Teknoloji Sanayi ve Ticaret» şirkəti Ağıllı Video Proqram və Təchizatları, Şəhər Təhlükəsizlik Sistemləri və təhlükəsizlik sektorunda müxtəlif xidmətlər göstərir. «Ekin» şirkəti Azərbaycanda fəaliyyətə Bakı şəhərində Şəhər İzləmə Sisteminin - MOBESE qurulması layihəsi (300 hərəkətli, 1000-ə yaxın stasionar kameranın qurulması) ilə başlayıb. Hazırda Bakı Metropoliteninin müşahidə kameraları ilə təchizatı da «Ekin» tərəfindən həyata keçirilir.

Azərbaycanla yanaşı, şirkət tərəfindən Rusiya, Türkiyə və digər ölkələrdə də çoxsaylı layihələr reallaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR