Bank Of Baku

Azərbaycan Korporativ İdarəetmə Standartları regiondakı sahibkarlar üçün təbliğ olunacaq

Azərbaycan Korporativ İdarəetmə Standartları regiondakı sahibkarlar üçün təbliğ olunacaq
# 07 fevral 2011 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi regionlarda fəaliyyət göstərən sahibkarlar üçün Azərbaycan Korporativ İdarəetmə Standartlarının mahiyyətini izah edən tədbirlər keçirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bildirib.

Onun sözlərinə görə, sözügedən sənəd şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcək: «Ümumiyyətlə, Standartların şirkətlər üçün əhəmiyyəti böyükdür. Belə ki, bu sənəd investor marağının artırmasına və şirkətlərin qiymətli kağızlarının məzənnəsinin artmasına təsir edən amildir».

Sənədin tətbiqi tövsiyyə xarakteri daşıdığını bildirən A.Hacızadə onu da bildirib ki, bir çox ölkələrdə bu sənədin tətbiqi mövcuddur: «İqtisadi İnkişaf Nazirliyi tərəfindən regionlarda 2011-ci ildə yerli şirkətlər üçün bu sənədin mahiyyətini izah edən tədbirlər keçiriləcək».

Qeyd edək ki, Azərbaycan Korporativ İdarəetmə Standartları yerli şirkətlərin idarəetmə ilə bağlı üzləşdiyi problemlərin həllinə dair zəruri vasitə və mexanizmləri əhatə edir, səhmdarların hüquqlarının qorunması, idarəetmə orqanları arasında tarazlığın yaradılması, şəffaflığın təmin olunması və bu kimi digər qabaqcıl korporativ idarəetmə prinsiplərini özündə əks etdirir. Könüllü xarakter daşıyan bu Standartlar korporativ idarəetmə sahəsində mövcud qanunvericiliklə tənzimlənməyən münasibətlərə aydınlıq gətirir və qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqinə xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR