Bank Of Baku

«Azpromo» qeyri-neft sektoru üzrə investisiya layihələrinin qəbulunu davam etdirir

«Azpromo» qeyri-neft sektoru üzrə investisiya layihələrinin qəbulunu davam etdirir
# 07 fevral 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlb edilməsi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

«Azpromo» investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir. İnvestisiya layihələri layihənin adı və həyata keçiriləcəyi yer, məqsədi və təsviri, dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, həyata keçirilmə və özünü ödəmə müddəti, həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)) kimi məlumatları özündə əks etdirməlidir.

İnvestisiya layihələri Azərbaycan və ingilis dillərində qəbul olunur. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər. Əlaqə telefonu: (+994 12) 598-01-47.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR