Bank Of Baku

Saxlama müddəti ötmüş 400 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 400 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 07 fevral 2011 15:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində A.Allahverdiyev küçəsi, 19 ünvanında yerləşən «Ailə market»də, Şimal hissədə yerləşən Zaur Ağayevə məxsus mağazada, Zığ şosesində yerləşən «555 supermarket»də və Çiçək Qəmbərovaya məxsus mağazada, Xətai rayonunda General Ə.Şıxlinski küçəsində yerləşən «Bizim market»də, «Məhəllə market»də, Aidə Məmmədovaya, Binnət Quliyevə və Qəhrəman Qarayevə məxsus mağazalarda, Q.Nəbi küçəsi, ½ ünvanındakı «Beta market»də, Gəncə şəhərində Təbriz küçəsi, 94B ünvanında Fariz Məmmədova məxsus mağazada, Sadıllı qəsəbəsi, Xəmsə küçəsi, ev 2 ünvanında yerləşən «Abbasoğlu market»də, Şəki rayonunda N.Nərimanov küçəsində yerləşən «Rəhman» mağazasında, Qazax rayonunda H.Əliyev prospektində Məzahir Budaqova məxsus mağazada, Çaylı kəndində Əli Mustafayevə məxsus mağazada, Ucar rayonunda Azərbaycan küçəsində Nicat Əsgərova məxsus mağazada, ümumi çəkisi 400 kiloqramdan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR